Türkiyədə fəaliyyət göstərən jurnalardan birinin redaksiyasında partlayış meydana gəlib. Ötən gün axşam saatlarında İstanbulda “Adımlar Dergisi” redaksiyasında güclü partlayış baş verib. Hadisə beş mərtəbəli binanın ikinci mərtəbəsində yaşanıb. Nəticədə içəridə olan redaksiya heyətindən biri ölüb, 4-ü isə ağır yaralanıb. Hadisə baş verən əraziyə təcili yardım maşınları və polis qrupları cəlb edilib, təhqiqatlara başlanılıb. Polisin ilkin fərziyəsinə görə, partlayışa səbəb kustar üsulla hazırlanmış qumbaranın ehtiyatsızlıq nəticəsində partlaması olub. Partlayış baş verən mənzildə təbii qazın olmaması bu ehtimalı daha məntiqli hesab edir.
Faktla bağlı araşdırma aparılır.
Hadisənin dəqiq baş vermə səbəbi araşdırmalardan sonra bəlli olacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.