Bu gün 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında təşkil olunan Avropa çempionatının elit-raundunda 7-ci qrupun oyunlarına start veriləcək.
Qol.Az-ın məlumatına görə, Azərbaycanın U-19 yığması bu gün ilk matçına çıxacaq.
Nikolay Adamın komandası ilk görüşündə meydan sahibləri Fransa millisi ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Qrupun digər oyununda İngiltərə Danimarka ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi bu ilin iyul ayında Yunanıstanda keçiriləcək.
26 mart
Avropa çempionatı, elit-raund
22:30. Fransa – Azərbaycan Hakimlər: Nikola Dabanoviç, Corcjije Raznatoviç (hər ikisi Çernoqoriya), Vital Yobin, Andrien Yakkottet (hər ikisi İsveçrə)
21:00. İngiltərə - Danimarka Hakimlər: Marko Quida, Andrea Krispo (hər ikisi İtaliya), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.