ABŞ prezidenti Donald tramp jurnalistlərə Şimali Koreya lideri Kim Çen Inla danışıqların uğurla keçdiyini deyib. Bu barədə Trend xarici KİV-lərə istiandən xəbər verir.
Danışıqlar zamanı Tramp "böyük uğurun əldə olunduğunu" deyib: "Şimali Koreyanı parlaq gələcək gözləyir".
Qısa fasilə zamanı Tramp və Kim Çen In jurnalistlərlə görüşüblər.
ABŞ-ın Pxenyanda rəsmi nümayəndəliyinin açılması barədə sualı cavablandırarkən Tramp bildirib: "Çox maraqlı sualdır, ona cavab almaq istərdim. Maraqlı ideyadır".
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.