Səudiyyə Ərəbistanı Silahlı Qüvvələri Yəmən ərazisində hərbi əməliyyatlara start verib.
ANS PRESS-in məlumatına görə, bu barədə Səud krallığının Amerika Birləşmiş Ştatlarındakı (ABŞ) səfiri Adil əl-Cübeyr açıqlama verib.
Əl-Cübeyr jurnalistələrə açıqlamasında krallığa məxsus HHQ-nin bir neçə şəhər üzərində reyd keçirdiyini deyib.
“Biz Yəməndə əməliyyat aparmaqla ölkədəki qanuni hökuməti müdafiə edirik”, - deyə səfir sözlərinə əlavə edib.
Səfirin sözlərinə görə, Krallığın Yəməndə HHQ əməliyyatı havadan zərbələrin endirilməsindən ibarət olacaq.
Qeyd edək ki, Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubuna "Əl-Qaidə" nəzarət edir, mərkəzdə isə prezident qüvələri ilə husilər arasında döyüşlər gedir. Hakimiyyəti şiə üsyançılar - husilərin əlindədir. Ölkə prezidentinin isə qaçaraq Ədən şəhərinə sığındığı bildirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.