banner
banner

İdman

"Azərbaycanla oyunda xal itirməməliyik"

"Azərbaycanla oyunda xal itirməməliyik"

"Azərbaycanla keçirəcəyimiz ilk oyunumuz yadda qalan olacaq. Bu komanda xüsusi və güclü futbolçulardan təşkil olunub. Onlar ələ düşən imkanlardan yaxşı yararlanırlar".

Qol.Az-ın məlumatına görə, bu sözləri Fransanın U-19 yığmasının baş məşqçisi Patrik Qonfalon deyib.

Fransa mətbuatında danışan təcrübəli mütəxəssis Avropa çempionatının elit-raundunun ilk oyununda qarşılaşacaqları millimizlə oyunda qələbə qazanmalı olduqlarını bildirib:

"Qrupda əsas rəqibimiz İngiltərə millisidir. Ona görə ilk oyunumuzda xal itirməməliyik. Ancaq biz doğma meydanda oynayırıq və bu da futbolçulara əlavə motivasiya verəcək".

Qeyd edək ki, Fransa - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.