İsrail prezidenti Reuven Rivlin ölkənin baş naziri Binyamin Netanyahunu seçkiqabağı kampaniya zamanı səsləndirdiyi bəyanatına görə tənqid edib. "Report" BBC-yə istinadən xəbər verir ki, prezidentin Netanyahudan rəsmi olaraq yeni koalisiya hökuməti formalaşdırmağı xahiş etdiyi mərasimdə, Rivlin baş naziri ABŞ ilə münasibətləri bərpa etməyə və bəyanatları ilə vurduğu ziyanı aradan qaldırmağa çağırıb. Netanyahu səsverməyə az müddət qalmış bəyan etmişdi ki, Fələstin dövlətinin yaranmasına yol verməyəcək. Lakin mərasimdə baş nazir fələstinlilərlə sülh istədiyini bildirib və Vaşinqtonla münasibətləri yoluna qoyacağına vəd verib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.