"Forbes" jurnalı dünyanın ən varlı qadınının adını açıqlayıb.
Trend-in məlumatına görə, dünyanın ən varlı qadını "L`Oreal" kosmetika imperiyasının varisi Fransuaza Betankur-Mayersdir.
Betankur-Mayersin sərvəti 49,3 milyard dollar təşkil edir. Onun sərvəti bir ilə 17 faiz və yaxud 7,1 milyard dollar artıb. Ən varlı insanların ümumi reytinqində Mayers 15-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Betankur-Mayers 1997-ci ildən "L`Oreal"ın idarə heyətinin üzvüdür.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.