Misir rəhbərliyi müttəfiq ərəb ölkələrinə dəstək məqsədilə Yəmənə döyüş gəmiləri göndərib. Səudiyyə Ərəbistanının dəstəklədiyi Misirdəki Sisi rəhbərliyinin dörd döyüş gəmisini Ədən Körfəzinə göndərdiyi məlum olub. "Reuters"ə danışan Süveyş kanalının rəsmisi Misir hərbi gəmilərinin kanaldan keçərək Ədən Körfəzinə doğru yola çıxdığını ifadə edib. Qeyd edək ki, Misir Yəmən əməliyyatına dəstək verən 10 ölkədən biridir. Səudiyyə Ərəbistanı liderliyindəki müttəfiq ərəb ölkələri Yəməndə husilərin ölkə rəhbərliyinə qarşı etirazlarının qarşısını almaq üçün müdaxilə edib.
Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələri koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərini bombalayıb. Husilərin irəliləməsini dayandırmağa hesablandığı deyilən əməliyyat nəticəsində Səna məzarlığı xatırladıb. Şəhəri 150 min ərəb koalisiya qüvvələrinə dəstək verən 100 təyyarə bombalayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.