Rusiya prezidenti Vladimir Putin əmindir ki, heç kim Rusiyaya təzyiq göstərə bilməz. Federal Təhlükəsizlik Xidmətinin kollegiya iclasında çıxış edən rus lider bildirib ki, Moskva milli təhlükəsizliyə istənilən xarici təhlükəyə adekvat cavab addımı atacaq. Putinin sözlərinə görə, Qərb bütün mexanizmlərdən istifadə edərək Rusiyanın mövqeyini sarsıtmaq istəyir. Burada həm iqtisadi təzyiqlərdən, həm də informasiya müharibəsindən istifadə edirlər. “Daha güclü alətləri işə salırlar, bunların içində nüvə paritetini dağıtmaq, ildırım sürətli zərbə vurmaq üçün iri miqyaslı layihələr də var, o cümlədən kosmik texnologiyaların istifadə edilməsi də istisna deyil”, - deyə Putin vurğulayıb. Prezidentin sözlərinə görə, Rusiya öz prinsipial mövqeyindən çəkinməyəcək.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.