İraq parlamentinin sədri Heydər əl-İbadi sünnilərə müraciət edib. Yazılı müraciətdə Tikritdə yaşayan sünnilər İŞİD terror qruplaşmasına qarşı silahlanmaya çağrılır. Və onlardan orduya qoşulmaq istənilir. Qeyd edək ki, ordu rəhbərliyi də Tikritdəki İŞİD əleyhdarlarının terrorçulara qarşı döyüşə girməsini istəmişdi. Xatırladaq ki, İraq ordusu Tikrit şəhərini azad etmək üçün polis, şiə və sünni könnülülərlə böyük əməliyyata başlayıb. ABŞ-ın başçılıq etdiyi anti-İŞİD koalsiyası da əməliyyata havadan dəstək verir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.