banner
banner

Sağlamlıq

Ürəyi gücləndirən dəmləmə - Resept

Ürəyi gücləndirən dəmləmə - Resept

Yaz aylarında ürə-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərdə xəstəliyin kəskinləşməsi mümkündür.

Milli.Az saglamolun.az-a istinadən ürəyi gücləndirmək və ürəyin fəaliyyətini yaxşılaşdırmaq üçün xüsusi dəmləmə reseptini təqdim edir.

1 ovuc kişmiş və 10 ədəd ərik qurusunu yaxşı yuyun, əriyi tikələrə doğrayın. Meyvələri termosa tökün, üzərinə 1 l qaynar su tökün, axşamdan səhərə qədər dəmləyin. Səhər dəmləməni süzün və gün ərzində için. Dəmləməyə şəkər əlavə etməyin.  

Ərik və kişmiş ürəyin fəaliyyətini yaxşılaşdıran kaliumla zəngindir. Həmçinin kalium təzyiqi normallaşdırmağa da kömək edir.

 

Bu dəmləməni ürək xəstəliklərinin profilaktikası məqsədi ilə də içmək olar.

Həmçinin dəmləmə bağırsaqların fəaliyyətinə də çox yaxşı təsir edir, qəbizlikdən xilas edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.