Sevilyada 7 qol vurulub, “Real” rəqibini darmadağın edib
İspaniya La Liqasında XXVII tura yekun vurulub. ONA-nın məlumatına görə, turun son günündə 5 qarşılaşma keçirilib.
Günün ən məhsuldar matçı Sevilyada baş tutub. Şəhərin eyniadlı komandası “Real Sosyedad”ı 5:2 hesabı ilə məğlub edib. Vissam Ben Yedder 14 dəqiqəyə 3 qol vurub. Qonaqların futbolçusu Mikel Oyarsabal isə topu iki dəfə rəqib, bir dəfə öz qapısına göndərib.
“Valensiya”, “Betis” və “Vilyarreal” isə turu səfər qələbəsi ilə başa vurub. “Real” “Valyadolid”in qonağı olub. “Kral klubu” matçın gedişində məğlub duruma düşsə də, dörd qol vuraraq səfərdən 3 xalla dönüb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb