banner
banner

Dünya

"Ethiopian Airlines": "Boeing 737 qəzasından sağ çıxan olmayıb"

"Ethiopian Airlines":

"Ethiopian Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Əddis-Əbəbədən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, nəticədə təyarədə olanların hamısı ölüb, hava yolları şirkəti bildirib.

BBC xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən, ET302 reysilə Efiopiya paytaxtı Əddis-Əbəbədən Keniya paytaxtı Nayrobi şəhərinə uçan Boeing 737 Max-8 sərnişin təyyarəsinin göyərtəsində 149 sərnişin və 8 nəfər uçuş heyətinin üzvü olub. "Ethiopian Airlines" şirkətinin bildirdiyinə görə, təyyarədə 33 ölkənin vətəndaşları olub.

Onların arasında 32 Keniya, 18 Kanada, 8 ABŞ və 7 Britaniya vətəndaşının olduğu qeyd edilir. Bu arada Rusiyanın RIA Novosti agentliyi təyyarədə sərnişinlər arasında 3 Rusiya vətəndaşının da olduğunu bildirib.

Qəza yerli vaxtla səhər saat 08:44-də baş verib, bir neçə ay yaşı olan Boeing 737 Max-8 təyyarəsi havaya qalxdıqdan cəmi 6 dəqiqə sonra. Qəzanın səbəbi hələlik müəyyən olunmayıb. Şahidlərdən biri BBC-yə bildirib ki, təyyarə yerə dəyən kimi güclü yanğın baş verib.

"Hər şey yanıb. Hadisə yerinə indi dörd helikopter var", - şahid qeyd edib.

Efiopiyanın Baş naziri Abiy Ahmed təyyarə qəzası ilə bağlı Twitter səhifəsində başsağlığı bildirib.

Boeing 737 Max-8 sərnişin təyyarəsi bazar günü qəzaya uğrayıb.
"Boeing 737 Max-8" sərnişin təyyarəsi bazar günü qəzaya uğrayıb

Ethiopian Airlines şirkəti paytaxtdan 60 km cənub-şərqdə yerləşən Bishoftu şəhəri yaxınlığında axtarış-xilasetmə işlərinin aparıldığını bildirib.

Təyyarədə olan sərnişinlərin kimliyi barədə ilk məlumatı Çin dövlət mediası yayıb. Xəbərlərdə deyilib ki, təyyarədəki sərnişinlərdən səkkizi Çin vətəndaşı olub.

Musavat.com xatırladır ki, 2014-cü ilin bu günlərində də dünyanı sarsıdan bir təyyarə qəzası baş vermişdi. 8 mart 2014-cü il tarixdə Malayziya Hava Yolları şirkətinə məxsus Boenq 777 tipli təyyarə Hind okeanı üzrərində qəzaya uğramışdı. Təyyarədə 227 sərnişin, 12 ekipaj üzvü vardı. İndiyədək bu təyyarənin nə qalıqları tapılıb, nə sərnişinlərin cəsədi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.