banner
banner

İdman

Elxan Məmmədov sıradan çıxdı

Elxan Məmmədov sıradan çıxdı

Sabiq dünya çempionu, cüdoçu Elxan Məmmədov sabah Türkiyənin Samsun şəhərində start götürəcək Qran-pri turnirində iştirak edə bilməyəcək.
Buna səbəb cüdoçumuzun zədələnməsi olub. 100 kiloqram çəkidə mübarizə aparan Məmmədov ötən həftə Tbilisidə keçirilən oxşar turnirdə zədələnib. Həmin turnirin yarımfinalında həmyerlimiz Elmar Qasımovla qarşılaşarkən aldığı zədəni tam sağalda bilməyən Elxanın Samsunda döşək üzərinə çıxması planlaşdırılsa da, son anda bunun mümkünsüz olduğu açıqlanıb.
Xatırladaq ki, Elxan Məmmədov 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünya çempionatında 100 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxmış və "İlin idmançısı" fəxri adına layiq görülmüşdü.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.