Nyu York şəhərinin 5 əsas bölgəsindən biri olan Manhettendə güclü partlayış olub. The New York Post xəbər verir ki, partlayış beşmərtəbəli binada baş verib. Son məlumatlara görə, 30 nəfər yaralanıb. Güclü partlayışdan sonra binada yanğın baaşlayıb. Partlayışın fotoları da yayılıb. Fotolardan görünür ki, binanın yarısı dağılıb. Dağıntılar altında insanların qaldığı istisna edilmir. Partlayışın hansı səbəbdən baş verdiyi isə hələlik məlum deyil.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.