"Rusiya Qərblə siyasi qarşıdurmadan qalib ayrılacaq. Qələbənin əsas şərti isə, hökumətin öz mövqeyində möhkəm durmasıdır". Rusiya prezidenti Vladimir Putin rəsmi Moskvaya qarşı tədbiq olunan sanksiyalara münasibətində bu cür bəyanat səsələndirib. Putin qeyd edib ki, Rusiya ətrafında vəziyyət tezliklə yaxşıya doğru dəyişəcək. Onun sözlərinə görə, yaxşıya doğru dəyişiklik, Rusiya güzəştə gedəcəyi üçün deyil, daha da güclənəcəyi üçün baş verəcək. “Biz həmişə xaricdən və daxildən ölkənin milli təhlükəsizliyinə qarşı risk təşkil edən hədələrə cavab vermişik. Hazırkı vəziyyət həmişəlik bu cür qala bilməz. Onlar Rusiyanın qarşısını almaq üçün hər cür vasitədən istifadə edirlər. Rusiyanı iqtisadi təzyiqlərə məruz qoyur, bizi siyasi arenadan təcrid edir, irimiqyaslı informasiya müharibəsi aparırlar”, - deyə Putin bildirib. Amerika Birləşmiş Ştatları və Avropa Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətinin uzadılmasına qərar veriblər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.