9 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının elit mərhələsində mübarizəyə başlayıb. Cia.az-ın məlumatına görə, yığmamızın yer aldığı 7-ci qrupun oyunları Fransada keçirilir. Qrupda ilk turun oyunları baş tutub. Əvvəlcə meydana İngiltərə və Danimarka milliləri çıхıb. İngilislər 3:2 hesablı qələbə qazanıb. Günün ikinci oyununda isə Azərbaycan millisi meydan sahibi Fransa ilə üz-üzə gəlib. Oyun fransızların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, millimiz martın 28-lə İngiltərə, 31-də Danimarka ilə qarşılaşacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.