banner
banner

Dünya

Alman pilot terrorçu çıxmadı

Alman pilot terrorçu çıxmadı

Almaniya polisi 150 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasını qəsdən törətdiyi bildirilən pilotun evində axtarış aparıb.
Buna səbəb Fransa prokurorluğunun yaydığı məlumat olub. Bildirilib ki, pilot Andreas Lubitz guya kabinənin qapısını qəsdən bağlayıb və eniş edərək təyyarənin Alp dağlarına çırpıb.

Lakin Almaniyanın və Fransanın rəsmi şəxsləri açıqlama veriblər ki, A.Lubitzin terrorçu olmasını təsdiqləyəcək dəlil-sübut yoxdur. Onun hərəkətlərini başqa cür yozmaq doğru deyil. Böyüyüb boya-başa çatdığı doğma şəhəri olan Montabaurda pilotu mehriban gənc kimi tanıyırlar. 

Qəzanı ikinci pilotun törətməsinə dair açıqlamalardan sonra bir neçə hava şirkəti qaydaları dəyişib. Dəyişikliyə görə, kabinədə həmişə ikinci şəxs ekipaj üzvü olmalıdır. Bu, ABŞ-da məcburidir, Avropada isə belə deyil. 
Xatırladaq ki, Almaniyaya aid təyyarə martın 24-də qəzaya uğrayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.