banner
banner

Dünya

Bu kompüter 905 min dollara satıldı

Bu kompüter 905 min dollara satıldı

“Reuters” agentliyi yazır ki, “Apple-1” kompüterlərinin birinci partiyasından bir nüsxə Nyu-Yorkda Bonhams hərracında 905 min dollara satılıb.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, nadir qurğu 50 “Apple-1” kompüterindən biridir. Sözügedən kompüter 1976-cı ilin yayında Stiv Cobsun ailəsinin qarajında “Apple”ın həmtəsisçisi Stiv Voznyak tərəfindən yığılıb. “Apple-1” istifadəçiyə quraşdırılmış formada tədarük edilən birinci kompüter olub və buna görə fərdi kompüter (FK) bazarında inqilab edib.

Kompüter işlək vəziyyətdə satılıb. Hərrac evi qurğunun 300-500 min dollara satılacağını gözləyirdi, amma yekun qiymət proqnozlardan çox olub. Alıcının kimliyi açıqlanmayıb.

Stiv Cobs və Stiv Voznyak “Apple-1” kompüterini hazırladıqda bu qurğu alıcılar arasında böyük səs-küy yaratmayıb. Amma “Byte Shop Pol” elektronika mağazasının sahibi sahibkarlardan 50 kompüterdən ibarət partiya sifariş edərək hər birini 666,66 dollar qiymətinə satıb. Bundan sonra Cobs və Voznyak daha 150 kompüter yığaraq dost və başqa mağazalara satıblar.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.