Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri bu gecə də Yəməndə husi üsyançılarının mövqelərini bombalayıb.
Aviazərbələr zamanı, paytaxt Sənanın hava limanı ətrafı hədəf seçilib. Həmin bölgələrdə husi üsyançılarına məxsus bazaların olduğu güman edilir.
Misir, İordaniya, Sudan, Türkiyə və Pakistan rəhbərliyi də əməliyyatlara dəstəklədiklərini bəyan ediblər. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri husi üsyançılarına qarşı görülən tədbirləri alqışladığını deyib.
Rusiya prezidenti Vladimir Putin isə, iranlı həmkarı Həsən Ruhani ilə telefon əlaqəsi yaradaraq İran rəhbərliyini dərhal Yəməndə hərbi fəaliyyətinə son qoymağa çağırıb. Hələlik İran husi üsyançılarına dəstək olan yeganə ölkə olduğu iddiaları var. Bir qədər əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rəsmi Ər-Riyaddan aviazərbələri dayandırmağı tələb edirdi.
Ölkədəki zorakılıqlardan qaçmadığı deyilən Yəmən prezidentinin Səudiyyə Ərəbistanına sığındığı xəbəri də yayılıb. Ötən gün Yəmən liderini paytaxt Ər-Riyadda ölkənin müdafiə naziri Şahzadə Məhəmməd qarşılayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.