İtaliya D seriyasında baş tutan matçdan sonra dava düşüb. "Vittoria" ilə "Patermo" arasında keçirilən matçın bitməsindən sonra futbolçular soyunma otağına yollanıblar. Bu zaman futbolçular arasında mübahisə baş verib. Ətrafdakıların müdaxiləsindən sonra mübahisə davaya çevrilib. Nəticədə istənməyən görüntülər ortaya çıxıb. İki komandanın futbolçuları bir anda bir-birlərinə hücum çəkiblər. Dəhlizdəki döyüşdə futbolçular yumruq və təpiklərlə münasibətlərini aydınlaşdırmağa çalışıblar. Kütləvi dava zamanı bəzi futbolçular yaralanıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.