Sosial şəbəkələrdə Həcc ibadətini yerinə yetirən türk zəvvarın qəribə hərəkətini əks etdirən videoçarx yayılıb.
ANS PRESS-in məlumatına görə, Həccin vacib əməllərindən olan “şeytan daşlanması”nı yerinə yetirən zəvvar öz “iPhone”unu da şərti şeytana atıb.
Hadisə yerində olan zəvvarlar onun bu hərəkətini böyük təəccüblə qarşılayıb, başqa bir jurnalist isə fürsəti əldən qaçırmayaraq bu anları videoya çəkib.
Qeyd edək ki, bundan əvvəl də Həccdə zəvvarların emosional şəkildə ayaqqabılarını və s. əşyalarını şərti şeytana atması hallarına təsadüf edilib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.