Rusiya aeroportlarından istifadə edən Ermənistan vətəndaşlarına "Duty Free"dən istifadə etmək qadağan edilib. Buna səbəb Ermənistanın Avrasiya iqtisadi ittifaqına qoşulması olub. Sarkisyanın ötən il Minskdə imzaladığı sənəddən sonra bu ölkənin vətəndaşları vergisiz ticarətlə məşğul olan mağazalarından istifadə etmək hüququndan məhrum olublar. Yəni, "Duty Free" mağazalarından ermənilərə heç nə satılmır.
Burada digər bir məqam ondan ibarətdir ki, sərnişinin Moskvaya hansı ölkədən səfər etdiyi nəzərə alınmır. Əsas əhəmiyyətli amil kimi sərnişinin son mənzilidir. Yəni, əgər sərnişin Ermənistana səfər edirsə ona "Duty Free"dən vergisiz ticarət etmək hüququ verilmir. Ermənilərdən isə bu hüququ prezident postuna seçdikləri Serj Sarkisyan alıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.