banner
banner

İdman

Şəhriyar Məmmədyarov: "Qələbəyə həsrət qalmışam"

Şəhriyar Məmmədyarov: "Qələbəyə həsrət qalmışam"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess2019" superturnirində VII tura yekun vurulub.

Trend-in məlumatına görə, hesabat turunda Çin şahmatçısı Dinq Lirenlə heç-heçə oynayan Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov mətbuat konfransında oyunu haqqında danışıb: "Dinqlə fikirlərimiz həmişə fərqli olub. Oyun haqqında hər zaman fərqli düşünmüşük. Bu gün də çətin vəziyyətə düşdüm və çıxış yolunu tapmaq asan olmadı. Yəqin yenə də mənimlə razılaşmayacaq.

 

Ümumiyyətlə Anandla oyundan sonra toparlanmaqda çətinlik çəkirəm. Aniş Giriylə mən onunla partiyadan sonra özümüzə gələ bilmədik. Hər ikimiz turnir cədvəlinin sonundayıq. Vişvanatanla ən yaxşı oyunlardan birini keçirdim. Amma yekunda məğlubiyyət çox pis oldu. 40-cı gedişə qədər heç-heçə etmək imkanım olduğu halda mürəkkəb vəziyyətə düşdüm. Son turlarda qələbə qazanmaq üçün çalışıram. Amma istədiyim alınmır. Topalovla partiya da yaxşı olmadı".

Şaxmatçı qeyd edib ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan ilk turnirdə daha pis çıxış etmişdim: "Səhv etmirəmsə beş partiyada uduzmuşdum, bir oyunda qalib gəlmişdim. İndi qələbəyə həsrət qalmışam. Son iki turda əsas məqsəd yarışı qələbəsiz tərk etməməkdi. Qalib olmağa şansım yoxdu. Təəssüf sona iki tur qalmış liderdən çox aralı düşmüşəm".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.