C vitamini əksikliyi bağırsaqların fəaliyyətindən tutmuş dərinin sağlamlığına qədər orqanizmin hər sahəsində pozuntulara səbəb ola bilər.
Milli.Az xəbər verir ki, bu vitaminin çatışmazlığı və müalicə yolları barədə türkiyəli dietoloq Serkan Sıtkı Şahin məlumat verib.
Dietoloq bildirib ki, C vitamini zərərli sərbəst radikallarla mübarizə aparmaq qabiliyyətinə malikdir. Bu vitamin yaraların sağalması, sümüyün formalaşması, əzələ toxumalarının inkişafı da daxil olmaqla bir çox prosesdə önəmli rol oynayır.
Bəzi araşdırmalara görə, bu vitamin xəstəliklərin qarşısını almaq, bağırsaqların gücləndirilməsi funksiyalarına da malikdir.
Diş ətiniz qanayırsa, dişləriniz zəifdirsə və dəriniz təravətini itiribsə, bunlar C vitamini əksikliyinin əlamətləridir. Ancaq problem bununla bitmir. Bədəninizdə C vitamini azalanda özünüzü daha yorğun, depressiyada hiss edirdiniz. Həmçinin bağırsaqların zəif işləməsi və köp bu vitaminin əksikliyindən xəbər verir. Bundan başqa, çəkinin artması, qanazlığı, quru dəri, dəridə qırmızı ləkələr, kiçik toxunuşlardan bədəndə qaralmalar C vitamini azlığına işarədir.
İnkişaf etmiş ölkələrdə nadir hallarda C vitamin əksikliyi müşahidə edilir. Bu əksiklik adətən zəif qidalanma və meyvə-tərəvəzlərin az istifadə edildiyi pəhrizlərdən qaynaqlanır. Siqaret çəkmək bədəndə bu vitaminin əksikliyini bir az da artırmış olur.
Müsbət məqam odur ki, bu vitaminin əksiliyi müşahidə edildiyi zaman aparılan müalicə qısa zamanda effekt verir.
C vitamini əksikliyini aradan qaldırmaq üçün meyvə və tərəvəzlərin qəbuluna diqqət etməlisiniz. Gündəlik bu vitaminə olan ehtiyacınızı bu qidalarla ödəyə bilərsiniz.
Qırmızı bibər, kivi, yaşıl bibər, portağal, çiyələk, briokoli, qara kələm, qreyfurt, naringi və limon C vitamini ilə zəngindir. Bəzən əksikliyi müalicə etmək üçün dərman qəbuluna da ehtiyac ola bilər. (publika.az)
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.