Rusiya kosmonavtları Maks Surayev və Aleksnadr Samokutayev Beynəlxalq Kosmik Stansiyada təmir işləri aparıblar. Məlumata görə, kosmik fəzada sayca 184-cü olan əməliyyat 6 saat çəkib.
Kosmonavtlar stansiyanın dok modulu üzərindəki radiometriya panelini söküblər. Panel artıq istifadə üçün gərəkli olmayıb. Kosmonavtlar paneli sökərək onu kosmik fəzaya atıblar. Panel bir müddət sonra atmosferə daxil olan zaman yanaraq dağılacaq.
Sözgedən panel uzun müddət yerdə seysmik fəallığı müşahidə etmək üçün istifadə olunub. Alimlər bu paneldən əldə olunan məlumatlar sayəsində zəlzələlərin əvvəlcədən xəbər verilməsi imkanları üzərində araşdırmalar aparıblar.
Avropa Kosmik Agentliyi bu stansiya sayəsində kosmosdakı radiasiya, vakum və yerin gecə-gündüz sikllarına dair məlumatlar əldə edirlər.//Anspress
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.