Yəməndə baş verənlər dünya gündəminin əsas mövzusu olaraq qalır. Qatarın "Əl-Cəzirə" kanalı Yəmən məsələsində ölkələrin tutduğu mövqeləri təhlil edib. Kanal Yəməndə yaşananları Səudiyyə Ərəbistanı-İran gərginliyi adlandırıb.
Yəməndə əməliyyata qatılan, qarşı çıxan və dəstəkləyən ölkələrin adları açıqlanıb. Hərbi əməliyyata qatılan ölkələr: Səudiyyə Ərəbistanı, Qatar, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Sudan, Mərakeş, Misir, İordaniya.
Kanalı bildirir ki, sabah Misirdə toplanacaq Ərəb Birliyi Yəmən üçün Ərəb Ordusunun yaradılması barədə qərar verəcək. Əməliyyatı dəstəklədiyini söyləyən ölkələr: ABŞ, Türkiyə, Fransa, Böyük Britaniya, Belçika, Fələstin
Əməliyyatı tənqid ölkələr: İran, Rusiya, Suriya, Livan (Hizbullah), İraq
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.