"Komandada müsbət enerji var. Baş məşqçi bizi taktiki cəhətdən yaxşı hazırlayıb”. Bu sözləri Malta millisinin futbolçusu Jan Pol Farruqia deyib. Bu gün Bakıda keçirilən mətbuat konfransına qatılan maltalı futbolçu sabahkı oyunla bağlı danışıb. "Gürcüstanla oyun bizim üçün yaxşı sınaq oldu. Məqsəd bu görüşə hazırlaşmaq idi. Bu gün meydana nəticə qazanmaq üçün çıxacağıq və ümid edirik ki, bunu bacaracağıq", - deyə Jan Pol Farruqia bildirib. Qeyd edək ki, bu gün millimiz AÇ-2016 seçmə mərhələsində millimiz Maltanı qəbul edəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.