Qərbi Afrika ölkələrini bürüyən ölümcül virusdan daha bir nəfər dünyasını dəyişib. Qərbi Afrika ölkələrindən olan Liberiyada bir müddət əvvəl Ebola epidemiyasına yoluxduğu müəyyən edilən qadın dünyasını dəyişib.
Liberiyanın səhiyyə nazirinin müavini, eyni zamanda Ebola ilə mübarizə qrupu rəhbəri olan Tolbert Nyensvah mətbuata verdiyi açıqlamada həkimlərin göstəridiyi səylərə baxmayaraq, 44 yaşlı virus daşıyıcısını itirdiklərini bildirib.
“Ebola hələ də buradadır. əllərimizi yuyaq və insanlarla yaxın təmas halında olmaqdan çəkinək”, - deyə səhiyyə işçisi sözlərinə əlavə edib. Ölkədə təxminən üç həftə əvvəl Ebola xəstələrindən biri evə buraxılmış və bu yaxınlara qədər epidemiyaya yoluxma halı müşahidə edilməmişdi.
Qeyd edək ki, bir ölkədə Ebolanın tamamilə başa çatması üçün 42 gün müddətində heç bir yeni virus daşıyıcısına rast gəlinməməlidir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.