Müalicə məqsədilə razyana bitkisinin toxumlarından və yarpaqlqrından istifadə edilir. Toxumları yüngül əzilərək suda dəmlənir və ya qaynadılır. Razyana toxumlarından bir çox ölkələrin xalq təbabətində istifadə edilir. Milli.Az immunitet.az-a istinadən bildirir ki, razyananın tərkibində kalium, sodium, kalsium, maqnezium və fosfor başda olmaqla bir çox faydalı maddələr var. Bundan başqa razyanaın tərkibi A və C vitamini ilə zəngindir. Yarpaqları da bir çox xəstəliklərə dərman olduğuna görə razyana şəfalı bitkilər sırasında ön yerlərdən birini tutur. Onun yarpaqlarını və toxumlarını qurudaraq ilin bütün fəsillərində istifadə etmək olur. Razyanadan tibb sahəsində aşağıdakı xəstəlikləri müalicə etmək məqsədilə istifadə edilir: - bronxit - ağciyər xəstəlikləri - öskürmə - meteorizm - qəbizlik - göz xəstəlikləri - müxtəlif viruslar - xolesterol - qan azlığı - soyuqdəymə. Razyana dəmləməsi öskürək əleyhinə təsir göstərir, bronxlar və ağciyərlərdə olan bəlğəmi yumşaltmaq və tökdürmək qabiliyyətinə malikdir. Tərkibində çoxlu lifli maddələr olduğuna görə isə mədə-bağırsağın işini asanlaşdırır və bağırsaqların rahat işləməsinə köməklik göstərir. Tərkibindəki liflərin sayəsində razyana bitkisi ürək-damar xəstəlikləri zamanı, damar daralmasının qarşısını almaq qabiliyyətinə sahibdir. Tərkibində olan antioksidantlara görə razyana soyuqdəymənin qarşısını alır, virus və bakteriyalara qarşı qoruyucu rol oynayır. Razyana dəmləməsindən gözlərə kompres kimi istifadə etmək, gözlərdə olan yorğunluğu aradan qaldırır. Qədim Yunan əfsanələrində ilanların öz gözlərini razyana bitkisinə sürtərək rahatlıq tapdıqları haqqında çox yazılıb. Razyana qazqovucu xüsusiyyətə malik olmaqla yanaşı, qaz əmələ gəlməsinin da qarşısını alır, qırmızı qan hüceyrələrini artırır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.