Şri-Lanka prezidentinin qardaşı, iş adamı Priyantxa Sirisena aldığı balta yarasından dünyasını dəyişib. Priyantxa Sirisena bu gün paytaxt Kolomboda xəstəxanada dünyasını dəyişib.
Hadisə cümə axşamı prezident Maytripala Sirisenanın doğma şəhəri, Kolombodan 215 kilometr aralıda yerləşən Polonnaruvada baş verib. Adı bildirilməyən adam "şəxsi münaqişə" zəminində balta ilə Priyantxa Sirisenanın başına zərbə endirib. Qatil həbs edilib.
Priyantxa Sirisena ailədəki 12 qardaşdan ən kiçiyidir, onun 42 yaşı olub.
Maytripala Sirisena 2015-ci ildə hakimiyyətə gəldikdən sonra öz qohumları üçün mühafizədən imtina edib, şəxsi mühafizlərinin sayını xeyli azaldıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.