banner
banner

Sağlamlıq

Ən faydalı 20 qida məhsulu - SİYAHI

Ən faydalı 20 qida məhsulu - SİYAHI

Dünya alimləri 1000-dən çox qida məhsulları üzərində elmi araşdırmalar aparıblar. Nəticədə, içlərindən ən faydalı və sağlamlıq baxımından önəmli olan 20 qida məhsullarını seçiblər.

Milli.Az yenicag.az-a istinadən həmin qida məhsullarını təqdim edir:

1. DƏRMAN ZƏNCİROTUNUN YARPAĞI - A və C vitaminləri, eləcə də kalsium baxımından zəngindir.

2. ÇİA TOXUMU - Bu kiçik qara toxumlar lif nisbətinin yüksək olması ilə bərabər protein, linoleik turşu və digər vitaminləri ehtiva edir.

3. BALQABAQ TUMU - Dəmir və manqanla olduqca zəngindir.

4. PAZI OTU - Tərəvəzlərə parlaq rənglərini verən maddələr baxımından zəngin olduğu üçün güclü antioksidanta malikdir.

5. ÇUĞUNDUR YARPAĞI - Şəkər çuğunduru bitkisinin yarpağı kalsium, dəmir K və B qrupu vitaminləri ilə zəngindir.

6. QURUDULMUŞ CƏFƏRİ- Ədviyyat olaraq istifadə edilən cəfəri bor, florid kalsium ilə zəngin olduğundan oynaq və diş sağlamlığı üçün önəmlidir.

7. QURUDULMUŞ KƏRƏVİZ - Qurudularaq yarpaq halına gətirilmiş kərəviz mineral və amin turşularının əsas mənbəyidir.

8. ADİ ACIQIJI - Su kənarlarında yetişən bu bitki mineral əksikliyində istifadə olunur.

9. MANDARİN - Karotinoid və A vitamini ilə olduqca zəngindir.

10. YAŞIL NOXUD - Bu bitkidə çoxlu miqdarda dəmir, fosfor, maqnezium, sink, mis və lif var.

11. YAŞIL SOĞAN - Fosfor, mis, maqneziumla zəngin olan yaşıl soğan K vitaminin əsas mənbəyidir.

 

12. QIRMIZI KƏLƏM - Dəniz kənarlarında yetişdiyi təxmin edilən bu bitki vitaminlərlə zəngindir.

13. ÇƏHRAYI QREYFRUT - Karotinoid və likopen piqmentlərinin yığılması səbəbi ilə dilimləri qırmızımtıl rəng alır.

14. BADAM - Tərkibində olan vitaminlər ürək, sinir və beyin fəaliyyəti üçün faydalıdır.

15. DONDURULMUŞ İSPANAQ - Maqnezium, A vitamini və karotinoidlər baxımından zəngin olan ispanağın donmuşu təzəsindən daha faydalıdır.

16. QIRMIZI BİBƏR - A, C, E vitaminləri ilə olduqca zəngindir.

17. REYHAN - Ürəyi qorumaqda ən faydalı bitki sayılan reyhan göbələk və bakteriyaya qarşı da istifadə edilir.

18. KƏLƏMİ KALE - Ortasında yumrusu olmayan bu kələm olduqca faydalı sayılır.

19. ACI BİBƏR - Karotin, riboflavin və bir çox vitaminlərlə zəngin antioksidantlardandır.

20. UZUN SAPLI BROKOLİ - Digər brokolilərdən fərqli olmasına baxmayaraq, çoxlu vitaminlər ehtiva edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.