Topaz Premyer Liqasının 27-ci turunun "Qarabağ" - "İnter" oyunu təxirə salınıb. Cia.az xəbər verir ki, qarşılaşma aprelin 1-də baş tutmalıydı. Amma tərəflər arasındakı razılığa əsasən, oyun ayın 1-dən 2-nə keçirilib. Buna səbəb Ağdam klubunun ev oyununu "Bakcell Arena"da keçirməsi, həmin arenada "Neftçi"nin də eyni gündə "Bakı"nı qəbul etməsidir. Qeyd edək ki, turun mərkəzi oyununun günü dəyişdirilsə də, başlama saatı olduğu kimi qalıb - 18:00.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.