banner
banner

Dünya

Putin ərəbləri özündən çıxardı

Putin ərəbləri özündən çıxardı

Ərəb Liqası ölkələrinin sammitində Rusiya prezidenti Vladimir Putinin antihusi koalisiyası ölkələrinə müraciəti oxunub.
Putinin bu müraciəti sammitdə iştirak edən Səusiyyə Ərəbistanı nümayəndəsi tərəfindən sərt tənqid edilib
Putin məktubunda Yəmən və digər ölkələrdəki böhranların sülh yolu və xarici dövlətlərin müdaxiləsi olmadan həll edilməsinə çağırış edib.
Məktub sammit iştirakçılarının diqqətinə çatdırıldıqdan sonra Səudiyyə Ərəbistanının xarici işlər naziri Səud əl-Feysal Rusiya liderinin sözlərini kəskin tənqid edib.
"Onlar Suriya faciəsindən danışırlar. Suriyada öz xalqı ilə döyüşsün deyə rejimə silah satmağa davam edirlər. Putin Yaxın Şərqdəki problemlərdən danışır. Sanki özü bu böhranlara müdaxilə etmir", - deyə Səud əl-Feysal bildirib.

Əl-Feysal Putinin öz siyasi xəttini dəyişəcəyinə ümid etdiyini qeyd edib. Onun sözlərinə görə, Rusiya və ərəb ölkələri arasında olan əlaqələr daha yaxşı səviyyədə ola bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.