İranın sənaye, mədən və ticarət naziri Rza Rəhmani nazirliyin tabeliyində olan şirkətlər, idarələr və müəssisələr tərəfindən istənilən iftar mərasimlərinin keçirilməsini qadağan edib.
Trend-in məlumatına görə, nazir qadağanın səbəbini maliyyə ehtiyatlarında qənaət və qeyri-zəruri xərclərin qarşısının alınması ilə əlaqələndirib.
Qeyd edək ki, İranın dini liderinin informasiya portalının yaydığı məlumata görə, bu ölkədə Ramazan ayı bu gündən başlanır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.