banner
banner

Sağlamlıq

Çiyələk pəhrizi ilə 3 günə arıqlayın

Çiyələk pəhrizi ilə 3 günə arıqlayın

İstər böyük, istərsə də kiçik hər kəsin sevdiyi çiyələk vitamin deposu olmaqla yanaşı, eyni zamanda bədən çəkisini azaltmağa yardımçıdır.

 

Axşam.az sizə 3 günlük çiyələk pəhrizini təqdim edir.

1-ci gün

Səhər - 100 qr. yoqurt və 100 qr. çiyələk
Ara - çiyələkli süd
Nahar – yağsız mal və ya toyuq əti, yaşıl salat
Axşam - çiyələkli azyağlı dondurma və ya çiyələkli süd kokteyli

2-ci gün

Səhər – çiyələk və yulafla hazırlanmış südlü sıyıq
Ara – 200 qr. çiyələk, 100 qr. kəsmik
Nahar – Soyutma balıq, yağsız və limonlu yaşıl salat
Axşam - çiyələk, alma və yoqurtla hazırlanan meyvə salatı

3-cü gün:

Səhər – 150 qr. yağsız kəsmik, 100 qr. çiyələk
Ara – çiyələkli dondurma
Nahar – soyutma toyuq filesi və kələm salatı
Şam – çiyələkli süd kokteyli

Qeyd edək ki, bu detoks pəhrizi sayəsində siz 2 gün ərzində bədən kütlənizdən asılı olaraq 3-5 kq çəki verə bilərsiniz. Bu müddətdə gündəlik 2 l su içməyi unutmayın.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.