banner
banner

İdman

"Qəbələ" "Feyenoord"la bərabərə qaldı

"Qəbələ" "Feyenoord"la bərabərə qaldı

Hollandiyada 14 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən “Teksel Cup” turnirinə yekun vurulub.

CİA.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Zanbaqlar ölkəsi”nin 5 klubu ilə birlikdə mükafat uğrunda mübarizə aparan “Qəbələ”nin U-14 komandası yarışın ikinci günündə son 2 matçını keçirib. Xaqani Məmmədovun baş məşqçisi olduğu komanda günü 1 xalla başa vurub.
“Teksel-94”ə 0:1 hesabı ilə uduzan “qırmızı-qaralar” “Feyenoord”la qarşılaşmadan heç-heçəylə ayrılıb.

Bununla da yarışın ilk günündə 4 xal toplayan “Qəbələ” turniri 5 xalla başa vurub. "Qəbələ" bu nəticə ilə 4-cü olub. Turnirin qalibi adına isə 11 xal qazanan “Tvente” yiyələnib. “Qroningen” 7 xalla 2-ci, eyni xala malik “Feyenoord” 3-cü olub. "Qəbələ" i4 xal toplayan “Tessel-94” və cəmi 3 xalı olan “Alkmaar”ı arxada qoyub.

Qeyd edək ki, “Qəbələ” yarışın ilk günündə 3 oyun keçirmişdi. “Tvente”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar” “Qroningen”lə qolsuz heç-heçə edib, “Alkmaar”a qalib gəlmişdi – 1:0.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.