"Avro-2016"nın seçmə mərhələsində V turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, bu gün D, F və İ qrupunda oyunlar keçiriləcək.
Gürcüstan millisi doğma azarkeşləri önündə son dünya çempionu Almaniyanı qəbul edib. Bu oyun Bakı "İnter"inin çalışdırıcısı Kaxaber Sxadadzenin Gürcüstan millisinin baş məşqçi vəzifəsində ilk rəsmi sınağı olub. Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
İ qrupunun ilk qarşılaşmasında "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığması öz meydanında Ermənistanla üz-üzə gəlib. Bu görüşdə Albaniya 2:1 hesabı ilə qalib gəlib. A.Aqolli əsas heyətdə meydana çıxıb və sona kimi oyunu davam etdirib.
Polşasəfərdə İrlandiya millisinin qonağı olub. Oyunda qalib müəyyənləşməyib – 1:1.
Macarıstan - Yunanıstan matçında da heç-heçə qeydə alınıb - 0:0
Portuqaliya isə öz meydanında Serbiyadan üstün olub – 2:1.
29 mart
“Avro-2016”nın seçmə mərhələsi
D qrupu
21:00. Gürcüstan – Almaniya - 0:2 Qollar: Marko Roys, 39 (0:1), Müller, 44 (0:2)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.