Liberiya hökuməti Ebola keçirmiş adamları seksual əlaqədən imtina etməyə çağırıb. Hakimiyyət təmsilçiləri bildirir ki, xəstəliyin törədicisi sağalmadan sonra orqanizmin mayelərində uzun müddət qalır. Bu təhlükəli qadının sonuncu qurbanı 44 yaşlı qadın olub və o, keçən cümə dünyasını dəyişib. Tibb işçiləri onun 211 nəfərlə əlaqədə olduğunu müəyyən ediblər, amma həmin adamların heç birində xəstəlik əlaməti aşkar edilməyib. Liberiya səhiyyə nazirinin müavini Tolbert Nayensva bildirib: "Yeni nəticələr göstərir ki, infeksiya jinsi yolla keçə bilər, amma hələ bunu sübut edə bilməmişik". Onun sözlərinə görə, hazırda mütəxəssislər bu ehtimalı araşdırır.
Daha əvvəl məlum olmuşdu ki, ilkin əlamətlərin aşkar edilməsindən 82 gün sonra xəstənin spermasında Ebola izləri müşahidə edilir. Dünya Səhiyyə Təşkilatı tövsiyyə edir ki, Ebola keçirmiş xstələr sağaldıqdan sonra 90 gün ərzində seksual əlaqədən uzaq dursunlar.
Qərbi Afrikada Ebola epidemiyası 2014-cü ildən başlayıb və 10 min 300 adamın ölümünə səbəb olub.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.