"İnter"in fəxri prezidenti Massimo Moratti istefa verib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, ötən il klubun sahibi Erik Thoririn istəyi ilə fəxri prezident seçilən Moratti bu gün istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, M.Moratti 1995-ci ildən "İnter"in prezidenti vəzifəsində çalışıb. Onun prezident olduğu dönəmdə "İnter" 5 dəfə İtaliya A seriyasını, 4 dəfə İtaliya A seriyasını, 1 dəfə isə Çempionlar Liqasını, UEFA superkubokunu və klublar arası dünya kubokunu qazanıb.
Xatırladaq ki, M.Moratti ötən il klubun səhmlərinin 70 faizini Erik Thorirə satıb
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.