"Heç bir istefadan söhbət getmir. Sadıq Sadıqov “Neftçi”dəki fəaliyyətini davam etdirir”.
Busözləri apasport.az saytına SOCAR-ın ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib. O bildirib ki, “Neftçi”də struktur dəyişikliyi olub və Sadıq Sadıqov bundan sonra “Neftçi” İdman Klubunun rəhbəri vəzifəsini yerinə yetirəcək: “Sadıq Sadıqov hazırda “Neftçi” İdman Klubunun rəhbəri, eyni zamanda “Neftçi” PFK-nın prezidentidir. “Neftçi” PFK “Neftçi” İdman Klubunun tərkibinə verilib. Bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənilir. Həmin dəyişikliklə bağlı da ictimaiyyətə əlavə məlumat veriləcək”. Qeyd edək ki, bu gün mətbuatda “Neftçi”nin prezidenti Sadıq Sadıqoun istefa verdiyi, bu posta isə Çingiz Abdullayevin gətirildiyi xəbəri yayılmışdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.