banner
banner

Dünya

Fətullah Gülən mason çıxdı- SƏNƏDLƏR

Fətullah Gülən mason çıxdı-

Hazırda Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı real təhlükə sayılan Fətullah Gülən barədə şok faktlar açıqlanıb. 
AKP hökümətinə yaxınlığı ilə seçilən "Yeni Şafak" qəzeti çevrilişə cəhddə ittiham olunan "paralel hökumət"in lideri Fətullah Gülənin mason olması, "Mossad" və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələrini ifşa edən sənədlər yayıb. 
Qəzetin iddiasına görə, özünü dini lider və ilahiyyatçı alim kimi təqdim edən Gülən əsgərlikdə olan zaman masonlarla əlaqə yaradıb. Bu əlaqələri hesabına Moon təriqəti, "Mossad" və MKİ-nin diqqətinə düşüb. Hazırda Gülən və tərəfdarlarının yaratdığı şəbəkə də ABŞ kəşfiyyatının tövsiyyələri hesabına yaradıldığı iddia olunub. 
Həmçinin Gülənlə Mason Lojası arasındakı yazışmaları təqdim edən "Yeni Şafak" ABŞ-a sığınan din xadimin masonluq andı içdiyini bildirib. 
Qəzet yazır ki, Gülən etdiyi xidmətlərə görə Mason Lojası tərəfindən medalla təltif olunub. 

Əvvəllər AKP höküməti ilə müttəfiq olan Gülən tərəfdarlarının buna cavabı necə olacağı maraqla gözlənilir. 











Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.