YAÇ-2019: Daha beş yunan-Roma güləşçimizin rəqibi müəyyənləşdi
İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Azərbaycan Güləş Federasiyasında Trend-ə verilən məlumata görə, ikinci yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparacaq. Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və pəhləvanlarımızın rəqibləri müəyyənləşib.
45 kq 1/8 final - Fərid Sadıqlı - Daniel Rafael (HUN)
51 kq 1/8 final - Nihad Quluzadə - Bruno Kabulo (CRO)
60 kq 1/8 final - Əli Əliyev - Maksim Skuratov (RUS)
71 kq Təsnifat - Allahverdi Əliyev - Lyova Xaçatryan (ARM)
92 kq 1/8 final - Laçın Vəliyev - Arxontis Xuras (GRE)
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.