Türkiyənin səssiz-sədasız çox əhəmiyyətli diplomatik müvəffəqiyyətə imza atıb. Ermənistan qondarma soyqırımın 100 illiyində Roma papasını İrəvana gətrimək istəsə də buna nail ola bilməyib. Belə ki, aprelin 24-də İrəvanda xüsusi ayin keçirmək adı ilə Papaya göndərilən dəvətə mənfi cavab verilib. Və Papa Fransisk aprelin 12-də İrəvana səfər edəcək ki, bu səfərin məqsədi də heç də qondarma soyqırımın 100 iliyi ilə bağlı olmayacaq. Vatikan səfiri Mehmet Paçacının uzun nəfəsli diplomatik cəhdləri nəticəsində, Ermənistan "100-cü il xüsusi ayini" hədəfinə çata bilmədi.
Türkiyə mətbuatı yazır ki, erməni kilsəsinin Papaya göndərdiyi dəvətdən sonra Ankara Romadakı səfiri Mehmet Paçacıya müvafiq tapşırıqlar verir. Türk səfir də Vatikan nümayəndələri ilə keçiridiyi görüşlərdə səfərin 24 aprelə təsadüf etməməsinə nail olur. Roma Papasının aprelin 12-də İrəvanda keçirəcəyi ayin də "soyqırım"a aid olmayacaq.(anspress)
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.