Brüsseldə, Beynəlxalq Böhran Qrupunun təşəbbüsü ilə Qlobal Dialoqda Ukrayna böhranı ilə bağlı tədbir keçirilib. Tədbirdə iştirak edən tanınmış amerikalı milyarder Corc Soros sərt açıqlamaları ilə yadda qalıb.
ANS PRESS-in məlumatına görə, o, yeni Ukraynanın meydana çıxdığını, Avropaya inanan və dəyərlər uğrunda ölməyə hazır olan insanların formalaşdığını söyləyib: "Bu isə Rusiya ilə üz-üzə qalmış Avropa üçün böyük çağırışdır. Rusiya mafia dövlətidir. Bu dövlət öz içində repressiya, öz xaricində isə aqressiya ilə məqsədlərinə nail olmağa çalışır. Avropa İttifaqına isə Rusiyaya qarşı effektiv olmağa resurs çatışmamazlığı mane olur."
Onun sözlərinə görə, iqtisadi böhrana cavab olaraq həyata keçirilən maliyyə qənaətləri bu cür məsələlərə mane olmamalıdır. Rusiyaya qarşı sanksiyalar lazımlı olsa da, buna əlavə olaraq Ukraynaya maliyyə yardımları da edilməlidir. Ukraynaya gəlincə, bu ölkə iqtisadiyyatını müasirləşdirməli, enerji istehlakını optimallaşdırmalıdır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.