banner
banner

İdman

Beyl Ronaldo və Messini geridə qoydu

Beyl Ronaldo və Messini geridə qoydu

FİFA tərəfindən təsdiqlənən Meksikanın "Paçuka" klubunun apardığı araşdırmalara görə dünyanın topla hərəkət edən ən sürətli futbolçusu müəyyənləşib.

 

Qol.Az-ın məlumatına görə, Madrid "Real"ının futbolçusu Qaret Beyl bu nominasiyada birinci olub. Uelsli futbolçu 36,9 km/saatla rəqiblərini geridə qoyub. "Paçuka" klubunun futbolçusu Yurgen Damm 35,23 km/saatla ikinci, "Mançester Yunayted"in oyunçusu Antonio Valensiya isə 35.1 km/saatla üçüncü olub. Qeyd edək ki, siyahıda həmçinin Aron Lennon ("Tottenhem"), Kriştiano Ronaldo ("Real", Madrid), Teo Uolkot ("Arsenal"), Lionel Messi ("Barselona"), Ueyn Runi ("Mançester Yunayted"), Frank Riberi ("Bavariya") və Serxio Ramos ("Real", Madrid) kimi futbolçular da var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.