Son zamanlar insanlar arasında yayılmış miqren - güclü baş sıxılması və ağrıları artıq yeniyetmə və uşaqları da əhatə edir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, miqrenin yaranma səbəbləri müxtəlifdir. Son zamanlar bu siyahıya qida allergiyaları da əlavə olunub. Deməli, miqren həm də allergiya mənşəli ola bilər. Elə ərzaqlar var ki, onları yeyən kimi miqren tutmaları başlayır. Aparılan tədqiqatda uzun illər kəskin miqrendən əziyyət çəkən pasiyentlərin gündəlik qidasından miqren yaradan qidalar çıxarılıb. Artıq 15 gün sonra 80% pasiyentlərdə miqren yoxa çıxıb. Bu tədqiqatla ən "miqrenoz ərzaqların" siyahısı yaradılıb: -Buğda, ağ un tərkibli yeməklər - 78% pasiyentlərdə miqren yaradırdı -Portağal - 65% şəxslərdə miqreni qıcıqlandırıb -Yumurta - 45 % pasiyentlərdə miqren çağırıb -Tünd çay, qəhvə, şokolad - 40% -də miqren yaradıb -Sonbrakı yerlərdə yağlı mal əti, göbələk və qorox var. Bu məsələdə əsas problem ərzağın özü yox, onlara qatılan əlavə maddələrdir ki, qida sənayesində dad, qoxu, rəng vermək üçün istifadə olunur. Ona görə konservantlı ərzaqlardan uzaq durmaq lazımdır. Azərbaycan mətbəxində miqrenoz yeməyi də aşkarlayıb: bu hamının sevimlisi dovğadır. Artıq 5 nəfər arasındakı sorğu və 3 miqrenli insanın dovğa yedikdən sonra miqrendən əziyyət çəkdiyini dəqiqləşdirərək, biz Dovganın miqren çağıran qida olduğunu təxmin edə bilərik. Hətta pasiyentlərdən biri artıq dovğanın miqren yaradacağını bilib, onu yemir. Azərbaycanda dovğanın çox sevildiyini və tez-tez yeyildiyini nəzərə alıb, miqreni olan insanları bu məsələyə diqqətlə yanaşıb, dovğa qəbulundan sonra miqren tutmalarının olub-olmamasını dəqiqləşdirməyə çağırırıq. Ola bilər ki, aranızda dovğa yedikdən sonra miqrendən əziyyət çəkənlər var. Böyük ehtimal ki, burda da əsas problem qatığa vurulan maddələr, dovğaya vurulan yumurta və undadır ki, məhz miqrenoz siyahıda olan bu ərzaqlar dovğada birləşdiyindən güclü təsir edir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.