Türkiyənin "Beşiktaş" klubu növbəti transferini reallaşdırıb.
Trend-in məlumatına görə, İstanbul klubu "Barselona" ilə müqaviləsi bitən braziliyalı müdafiəçi Duqlasla anlaşıb. Azad agent statusu ilə transfer olunan 28 yaşlı futbolçuyla üç illik müqavilə bağlanıb. Futbolçunun illik maaşı 800 min avro olacaq.
Qeyd edək ki, Duqlas "Barselona", "Sportinq" (Xixon) və "Benfika" klublarında da çıxış edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.