ABŞ dövlət katibi Mayk Pompeo İranın onun Tehrana səfər etmək təklifini qəbul etmədiyini söyləyib.
Trend-in məlumatına görə, bununla bağlı ABŞ dövlət katibi "Twitter"də yazı paylaşıb.
"Bu yaxınlarda Tehrana gedib İran xalqı ilə birbaşa danışmağı təklif etdim. Rejim mənim təklifimi qəbul etmədi". Paylaşdığı bu fikri Pompeo əvvəllər bir müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-da daim sərbəst danışmaq hüququndan istifadə edir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.