Fransanın "Lill" klubu Türkiyənin "Trabzonspor" klubunun hücumameyilli yarımmüdafiəçisi Yusuf Yazıçını transfer edib.
Trend-in məlumatına görə, Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
Bu keçid üçün "bordo-mavililər"ə 17,5 milyon avro təzminat ödənilib. Bundan əlavə, Fransa klubu portuqaliyalı müdafiəçisi Edqar İeni 50 faizlik transfer hüququ ilə Qara dəniz təmsilçisinə verib. Yazıçının növbəti satışından trabzonlulara 20 faiz pay düşəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.